Yoluxma niyə artır? - Harada səhv edirik?
“Adətən üç məsələdə ciddi səhvə yol veririk: ünsiyyət, sosial məsafə və maskadan istifadə...”
Redaktor.az xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl koronavirusa yoluxma sayının artması səbəblərindən danışarkən bildirib:
“Bunlar çox vacibdir. İctimai nəqliyyatda, əhalinin ən sıx olduğu yerlərdə maska taxmaq yoluxma sayını onlarla dəfə azalda bilər", deyə V.İsmayıl əlavə edib.
Həkim əllərin vaxtaşırı təmiz yuyulmasının da vacibliyindən danışıb:
“Səhiyyə sistemimiz öz işini görür, amma insanlar da öz həyatlarını qorumağa çalışmalıdır". //Open.az












