Koronavirusla bağlı SON STATİSTİKA
Dünyada 51 mln 244 min 587 nəfərdə koronavirus aşkarlanıb.
Redaktor.az xəbər verir ki, virusdan 1 mln 269 min 321 xəstə ölüb, 36 mln 55 min 532 nəfər sağalıb.
Yoluxma sayına görə ilk üçlükdə olan dövlətlər ABŞ (10 421 956 nəfər), Hindistan (8 591 730 nəfər) və Braziliyadır (5 675 766 nəfər).
Sərhəd qonşularımız Rusiyada 1 mln 796 min 132, İranda 692 949, Türkiyədə 396 831, Ermənistanda 107 466, Gürcüstanda isə 60 680 nəfərdə koronavirus müəyyən edilib.
Azərbaycanda koronavirusa yoluxan 66 046 nəfərin 852-si ölüb, 49 411-i sağalıb.












