"COVID-19"-un yeni simptomu - QULAQ AĞRISI VƏ...

 10:08 12.11.2020     954

Koronavirusun yeni növü olan "COVID-19" hər insanın bədənində fərqli reaksiyalara səbəb olur. Dünyanın öndə gələn həkimləri virusun simptomlarını qızdırma, titrəmə, öskürək, nəfəs darlığı, əzələ ağrısı, iy və dad bilmənin itməsi olaraq bəyan ediblər.

Redaktor.az xəbər verir ki, virusa yoluxan xəstələrfə yeni narahatlıqlar yaranıb. Bu da yoluxanlarda qulaq ağrısının olmasıdır.

Tənəffüs yolu infeksiyası ilə əlaqədar olaraq qulaq ağrıları, qulaq tıxanması, yaxud qismən eşitmə problemlərinin ortaya çıxması mümkündür. Burun və boğazda olan iltihablanmalar qulaqlara da təsir göstərə bilər. Bu səbəbdən "Tinnitus" adlanan qulaqlarda çınlama, tıxanma və ya uğultunun "COVID-19"-un nadir simptomlarından biri olması mümkündür.

Şəfəq Samed \ Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən