Siqaret çəkən şəxslərdən uzaq durun - Koronavirusa yoluxa bilərsiniz!

 12:41 16.11.2020     2149

Koronavirusun yeni simptomların aşkar edilməsi davam edir. 

Redaktor.az xəbər verir ki, kvirusun yayılmasında siqaret tüstüsünün əsas rol oynadığı iddia olunub. Türkiyəli professor həkim Afşin Emre Kayıpmaz bununla bağlı açıqlamasında bildirib ki, siqaret tüstüsünü hiss edirsinizsə, həmin ərazidən uzaqlaşın:

"Öskürək zamanı virus parçaları uzaq nöqtələrə asanlıqla çata bilir. Siqaret dumanı da eyni effekti yaradır. Siqaret çəkən şəxsin yanında olduğunuz zaman dumanın qoxusunu hiss edirsinizsə, aradakı məsafəni daha da çoxaltmalısınız. Çünki həmin şəxs virus daşıyıcısıdırsa, siqaretin dumanı vasitəsilə virus parçaları asanlıqla yayıla bilər".

Şəfəq Samed \ Redaktor.az