Koronavirusun yayılmasında rekord qeydə alındı

Son 24 saat ərzində dünyada COVID-19 virusuna 66.053 nəfər yoluxub, 11.617 nəfər xəstəliyin qurbanı olub, bu da indiyədək qeydə alınmış ən yüksək gündəlik rəqəmlərdir.
Redaktor.az xəbər verir ki, yoluxma hallarının yarıdan çoxu Avropa ölkələrinin payına düşür.
Asiya və Amerika ölkələrində isə yoluxma halları xeyli azalıb, yalnız ABŞ və İranda artmaqda davam edir.
İndiyədək dünyada koronavirusa 52.824,078 nəfər yoluxub, bunların 1.294,657 nəfəri ölüb, 34.205,515 nəfəri isə sağalıb. Yoluxmaların ümumi sayına görə ABŞ (10.555,469), Hindistan (8.728,795) və Braziliya (5.781,582) öncül yerlərdədir. //Open.az