Daha bir qorxulu virus: Sürətlə yayılır, hər kəsi öldürür...

 10:35 16.11.2020     840

Yoluxma sayı 53 milyon 766 mini keçən koronavirus pandemiyası dünyanı diz çöktürməyə davam edərkən, Danimarkadan sonra dörd Avropa ölkəsi və ABŞ-da da görülən "Cluster-5" virusu sürətlə yayılmaqdadır. 

Redaktor.az xəbər verir ki, həkim-infeksionistlər xəbərdarlıq edib ki, dünyanın ikinci bir xaosla mübarizə aparması çox çətin olacaq. Bu tip mutasiyaya uğramış viruslar daha yoluxucu və ölümcül olurlar. 

Ötən həftədən "Cluster-5" virusu adlandırılan yeni koronavirusun aşkar olunduğu gəmiricilərin məhvinə başlanılıb.

Bundan əlavə, Danimarkada olan 17 milyon gəmiricinin məhv ediləcəyi açıqlanıb. Həmin heyvanları saxlayan ferma sahiblərinə isə maddi yardım ediləcək.

Şəfəq Samed \ Redaktor.az