Son sutkada 1395 nəfər COVID-19-a yoluxub - Azərbaycan

 16:34 16.11.2020     406

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 77 min 83 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 55 min 755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib, aktiv xəstə sayı 20 min 343 nəfərdir.

Ölkədə son sutka ərzində 7137, hazırkı dövrədək isə 1 mln. 523 min 221 test aparılıb.