Tibbi maskanın cibdə gəzdirilməsi təhlükəlidir - VİDEO

 23:32 19.11.2020     185

Tibbi maskanın cibdə gəzdirilməsi təhlükəlidir.

Redaktor.az bildirir ki,  "Xəzərxəbər"in məlumatına əsasən, infeksiyanın yayılmasının qarşısını almaq üçün tibbi maskadan istifadə, sosial məsafənin qorunması və şəxsi gigiyena qaydalarına riayət mütləqdir. Tibbi maskalardan istifadə zamanı da diqqət edilməli məqamlar var.

Müşahidələr isə göstərir ki, bəzi sürücülər tibbi maskadan sanki avtomobillərin aksessuarı kimi istifadə edirlər. Onu ya salondakı güzgüdən asırlar, ya da daxili saxlanc yerində saxlayırlar.

Həkim Nahid Məhərrəmov deyir ki, saxlanc yerləri adətən təmiz olmadığından orda maska saxlanılması doğru deyil. Həkim həmçinin açıq məkanlarda da tibbi maskadan istifadənin məcburi edilməsinin son günlərdə COVID-19-a kütləvi yoluxmanın baş verməsi ilə izah edib.

Həkimlər bildirirlər ki, özündə koronavirus əlamətləri hiss edən şəxs dərhal təcili tibbi yardıma müraciət etməli və təcrid olunmalıdır. //Open.az