Koronavirusla bağlı SON STATİSTİKA

 09:59 20.11.2020     464

Dünyada 57 mln. 236 min 335 nəfərdə koronavirus aşkar edilib.

Redaktor.az-ın xəbərinə görə, virusdan 1 mln. 365 min 634 xəstə ölüb, 39 mln. 722 min 802 nəfər sağalıb.

Asiyada 15 mln. 471 min 689, Avropada 14 mln. 962 min 558, Şimali Amerikada 14 mln. 153 min 806, Cənubi Amerikada 10 mln. 563 min 707, Afrikada isə 2 mln. 40 min 542 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (12 mln. 70 min 712 nəfər), Hindistan (9 mln. 4 min 365 nəfər), Braziliya (5 mln. 983 min 89 nəfər), Fransa (2 mln. 86 min 288 nəfər) və Rusiyadır (2 mln.15 min 608 nəfər).

İranda 815 min 117, Türkiyədə 430 min170, Ermənistanda 121 min 979, Gürcüstanda isə 93 min 92 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 83 min 994 nəfərin 1053-ü ölüb, 59 min 465-i sağalıb.