Qarşıdakı 6 ay çox təhlükəlidir - Mütəxəssis xəbərdarlığı

 11:58 20.11.2020     368

Avropada son bir həftə ərzində 29 mindən artıq insan koronavirusdan dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib. Klüge sərt tədbirlər və küçəyə çıxma qadağası nəticəsində yoluxma hallarının nisbətən azaldığını diqqətə çatdırıb.

Koronavirusun ən çox tüğyan etdiyi ərazinin Avropa və Amerika qitələri olduğu qeyd olunub. Yoluxma və ölüm hallarının ən çox qeydə alındığı ölkələr Rusiya, Fransa, İspaniya, İtaliya və Almaniyadır.

Mütəxəssis qarşıdakı 6 ayda xüsusən Avropanın ciddi infeksiya təhlükəsi altında olduğunu, bu təhlükəni dəf etmək üçün səy göstərildiyini bildirib.