Son sutkada COVID-19-a yoluxanların sayı - Azərbaycan

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2735 yeni yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 89.898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62.243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib, aktiv xəstə sayı 26.548 nəfərdir.
Ölkədə son sutka ərzində 16220, hazırkı dövrədək isə 1.592,280 test aparılıb.