Koronavirusla bağlı SON STATİSTİKA

 09:50 23.11.2020     609

Dünyada 58 mln. 985 min 500 nəfərdə koronavirus aşkar edilib.

Redaktor.az-ın verdiyi xəbərə görə, virusdan 1 mın. 393 min 671 xəstə ölüb, 40 mln. 766 min 904 nəfər sağalıb.

Asiyada 15 mln. 789 min 298, Avropada 15 mln. 636 min 657, Şimali Amerikada 14 mln. 720 min, Cənubi Amerikada 10 mln. 712 min 584,  Afrikada isə 2 mln. 82 min 709 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (12 mln. 588 min 661 nəfər), Hindistan (9 mln. 140 min 312 nəfər), Braziliya (6 mln. 71 min 401 nəfər), Fransa (2 mln. 140 min 208 nəfər) və Rusiyadır (2 mln. 89 min329 nəfər).

İranda 854 min 361, Türkiyədə 446 min 822, Ermənistanda 126 min 224, Gürcüstanda isə 104 min 732 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 93 min 94 nəfərin 1131-i ölüb, 63 min 841-i sağalıb.