Açıq havada maska taxmaq sağlamlığa ziyandır? - EKSPERT RƏYİ

 09:40 25.11.2020     440

Azərbaycanda açıq havada maska taxmağı məcburi edən yeni qərar qəbul edilib. 

Həkim-infeksionist Vüqar Cavadzadə Redaktor.az-a açıqlamasında bildirib ki, açıq havada maskaların istifadəsi atılan ən düzgün addımdır:

“Açıq havada gəzən insanların xəstə, yaxud virus daşıyıcısı olub-olmadığını bilmirik. Onların yanında dayananda isə yoluxma baş verə bilər. Bu səbəbdən qəbul edilmiş yeni qərar profilaktik tədbirlərdən biri kimi doğrudur. 

Koronavirus yayılandan sonra bütün həkimlər öz fikirlərini fərqli şəkildə bildirdilər. Hətta virusun bitmə tarixini deyənlər belə oldu. Hesab edirəm ki, bu məsələ ilə sadəcə epidomoloqlar və infeksionistlər məşğul olsalar yaxşıdı. Çünki hərkəsin fikir söyləməsi düzgün deyil, bu işi mütəxəssisə buraxmaq lazımdır. Damcı yolu ilə yayılan infeksiyalarının qarşısını almaq üçün qoruyucu maskaların istifadəsi mütləqdir. Açıq havada maska taxmanın lazımsızlığından danışmaq, bu barədə fikir bildirmək düzgün deyil. Ətrafımızdakı insanlar potensial virus daşıyıcısı ola bilər. Lakin biz bunu bilmirik. Buna görə də açıq havada maska taxmaq virusa yoluxmamaq üçün vacibdir”.

Şəfəq Samed \ Redaktor.az