Daha 140 min insan öləcək - DƏHŞƏTLİ PROQNOZ

 09:59 25.11.2020     397

"CNN International" Vaşıinqton Universitetində koronavirusla bağlı aparılan araşdırmanın nəticələrini paylaşıb.

Redaktor.az xəbər verir ki, araşdırma nəticəsində daha 140 min amerikalının koronavirusdan ölə biləcəyi qənaətinə gəlinib. Həmçinin, yanvarın 20-nə qədər ABŞ-da koronavirusa yoluxanların ümumi sayının 20 milyona çatacağı gözlənilir.

ABŞ-da indiyədək 12 milyondan çox insan COVID-19-a yoluxub, 85 mindən çox xəstə müalicə alır.

Avropada da vəziyyət gərgin olaraq qalır. Fransa, Almaniya, İngiltərə kimi ölkələrdə yoluxmada yeni rekordlar bir-birini əvəzləyir.

Orxan İsmayıl  / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən