Yoluxanların sayında rekord artım - COVID-19
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4212 yeni yoluxma faktı qeydə alınıb, 1760 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Redaktor.az xəbər verir ki, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.













