Nəyə görə badamı isladıb yeməlisiz – FAYDALARI

 05:18 30.11.2020     540

Ekspertlər badamı islatdıqdan sonra yeməyin daha faydalı olduğunu bildirib. İsladılmış badamdan qidalı maddələr daha çox mənimsənilir.

Redaktor.az xəbər verir ki, badam E vitamini, yağ turşuları, Omeqa 3, zülalla zəngindir.

Badam sümükləri möhkəmləndirir, qanda şəkəri salır.

Su hopmuş badamın qabığı tez soyulur, qabıqda isə tanin adlı maddə var ki, o badamdan faydalı vitaminlərin orqanizmə keçməsinin qarşısını alır.

İslanmış badamın faydaları:

- Həzmi yaxşılaşdırır

- Piyləri yandırır

- Ürəyi qüvvətləndirir

- Pis xolesterini azaldır

- Qocalma və iltihaba qarşıdır

- B 17 vitamini ilə zəngindir, bu da xərçəngə qarşıdır

Bir ovuc badamı bir stəkan suda isladıb, ağzını örtüb, 8 saat saxlayın.

islanmış badamın nazik qabğını soyub, sonra yeyin. //Medicina.az

 

Vumart və Güvən reklamı Vumart Güvən