Koronavirus testlərinin cavabları niyə gecikir? - AÇIQLAMA
Ötən gün aran rayonlarında yaşayan sakinlər koronavirus testinin nəticələrində gecikmələrin olması barədə narazılıqlarını bildiriblər.
TƏBİB-in mətbuat xidmətindən Redaktor.az-a verilən açıqlamada bildirilib ki, test nəticələrində gecikmələrin olmasına səbəb 2 dəfə çox testin götürüməsi olub:
“Belə hal bir dəfə yaşandı. Bunun da səbəbi odur ki, bir gün ərzində nəzərdə tutulandan daha artıq testlər həyata keçirildi. Yəni, nəzərdə tutulan 10 min test əvəzinə 20 min reallaşıb. Bu səbəbdən cavablarda gecikmələr olub.Yoxlanışlar fiziki iş tələb etdiyi üçün artıq simptomlu xəstələrdən test götürülməsinə üstünlük verilir. Bu da gecikmə hallarının yaşanmaması üçündür".
Şəfəq Samed \ Redaktor.az












