Baş həkim COVID-19-a yoluxub

 19:09 30.11.2020     555

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Abdullayev koronavirusa yoluxub.

Redaktor.az-ın məlumatına görə, onun COVID-19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.

Hazırda V.Abdullayev rəhbərlik etdiyi xəstəxanada müalicə olunur.

Qeyd edək ki, V.Abdullayev koronavirus xəstələrinin müalicəsində aktiv fəaliyyət göstərən həkimlərdəndir. O, eyni zamanda İkinci Qarabağ müharibəsində yaralı hərbçilərimizin müalicəsi üçün arxa cəbhədə fəal olub.

Vüsal Abdullayev

//Report

Vumart və Güvən reklamı Vumart Güvən