Yaxın təmasa dair yeni təlimatlar hazırlanır - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus müddətində yaxın təmasa dair yeni təlimatlar hazırlayır.
Redaktor.az-ın məlumatına görə, bu barədə ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç məlumat verib.
M.Vuynoviç bildirib ki, əvvəl yaxın təmas qaydaları gün ərzində ayrı-ayrı vaxtlarında 15 dəqiqədən çox olmayaraq və iki metr məsafəyə riayət etməklə ünsiyyət nəzərdə tuturdusa artıq bu qaydalara yeni dəyişikliklər gözlənilir.
O əlavə edib ki, tövsiyələrdəki dəyişikliklər ÜST-ün indi COVID-19 barədə daha çox məlumatlı olması ilə bağlıdır. //Oxu.az












