Koronavirusun daha bir dəhşətli fəsadı üzə çıxdı...

 10:40 04.12.2020     1817

Yeni tip koronavirusa yoluxan xəstələrin 3 ay sonra yoxlanışı zamanı ağciyərlərində qalıcı zədə aşkarlanıb.

Redaktor.az xəbər verir ki, Okfsord Universitetinin alimləri 19-69 yaş aralığında olan 10 xəstənin ağciyərini ksenon qazı istifadə edərək maqnit rezonans ilə yoxlayıb. Yoxlanış zamanı ksenon qazını içinə çəkərkən nəfəs darlığı yaşayan 8 nəfərin ağciyərində zədə olduğu məlum olub. 

Xəstələrin COVID-19 infeksiyasından 3 ay sonra nəfəs darlığı ilə yanaşı yorğunluqdan şikayət etdikləri, amma infeksiya dönəmində heç birinin reanimasiyada olmadığı bildirilib.

Alimlər xəstələrdəki ağciyər zədəsinin ənənəvi yollarla aşkar edilmədiyini deyir. 

Şəfəq Samed \ Redaktor.az