Koronavirusla bağlı SON STATİSTİKA

 09:57 04.12.2020     145

Dünyada 65 mln. 536 min 40 nəfərdə koronavirus aşkar edilib.

Redaktor.az xəbər verir ki, virusdan 1 mln. 511 min 915 xəstə ölüb, 45 mln. 376 min 605 nəfər sağalıb.

Avropada 17 mln. 868 min 14, Asiyada 17 mln. 138 min 663, Şimali Amerikada 16 mln. 891 min 7, Cənubi Amerikada 11 mln. 361 min 557, Afrikada isə 2 mln. 230 min 391 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (14 mln. 535 min 196 nəfər), Hindistan (9 mln. 571 min 780 nəfər), Braziliya (6 mln. 487 min 516 nəfər), Rusiya (2 375 546 nəfər) və Fransadır (2 257 331 nəfər).

İranda 1 mln. 3 min 494, Türkiyədə 733 min 261, Gürcüstanda 147 min 636, Ermənistanda isə 138 min 508 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 133 min 733 nəfərin 1510-u ölüb, 81 min 234-ü sağalıb.