Daha 4403 nəfər koronavirusa yoluxub - Azərbaycan

 14:42 09.12.2020     614

Bu günə olan məlumata görə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4403, yeni yoluxma faktı qeydə alınıb, 2919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, son sutkada 42 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 158 min 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 96 min 330 nəfər müalicə olunaraq sağalıb, 1755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 min 470 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 66, bu günə qədər isə ümumilikdə 1 mln. 884 min 578 test icra olunub.

Vumart və Güvən reklamı Vumart Güvən