Koronavirus peyvəndi hər insana iki dəfə vurulacaq - ABŞ təsdiqlədi...

 11:28 11.12.2020     488

ABŞ-ın Qida və Dərman Vasitələri Üzrə Ekspert Komitəsi "Pfizer-Biontech" peyvəndinin tətbiqinə rəsmi razılıq verib.

Redaktor.az-ın məlumatına görə, Komitənin iclasında keçirilən səsvermədə 17 lehinə, 4 əleyhinə səslə bu razılıq təsdiqlənib. Artıq son yoxlama və hazırlıqlar da görüldükdən sonra yaxın günlərdə ölkənin büyün əyalətlərinə peyvəndin paylanılması prosesi baş tutacaq.

Ayın sonuna qədər ilk olaraq 6,4 milyon doza peyvəndin paylanılması və hər şəxsə 2 dəfə olmaqla ilk mərhələdə 3,2 milyon şəxsə peyvənd vurulması planlaşdırılıb.  

Qeyd edək ki, 8 dekabrda edilən açıqlamada 95% effektivliyi olan bu peyvəndin ilk dozadan 10 gün sonra virusa qarşı güclü qoruma effekti yaratdığı vurğulanıb. Həmçinin, "Pfizer-Biontech" peyvəndi əvvəlcə Kanadada, ardınca isə İngiltərədə rəsmi olaraq təsdiqlənib.

Orxan İsmayıl / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən