Milli Məclisin daha iki deputatı koronavirusa yoluxub
Milli Məclisin deputatlarının koronavirus testinin nəticələri açıqlanıb.
Redaktor.az-ın əldə etdiyi məlumata görə, parlament üzvlərinin bir neçəsinin COVID-19-la bağlı verdikləri testlərin nəticəsi pozitiv olub.
Onlar arasında deputatlar Ceyhun Məmmədov və Kamal Cəfərov da var.
Qeyd edək ki, COVID-19-a yoluxmuş bir neçə deputat artıq sağalıb. //Report/az












