Uşaqlarda koronavirusun yeni əlamətləri görünüb

 10:29 12.12.2020     1446

Nyu-York Universitetinin “Grossman” Tibb Fakültəsinin mütəxəssisləri COVID-19-a yoluxan uşaqların qarşılaşa biləcəyi bir sıra qeyri-adi simptomlar aşkar ediblər.

Redaktor.az xəbər verir ki, elm adamlarının sözlərinə görə, uşaqlar tez-tez koronavirusu yüngül, ya da asemptomatik formada keçirirlər. Buna baxmayaraq, bəzən infeksiya çox sistemli iltihab sindromu (MIS-C) ilə birlikdə ürək, ağciyər, qan damarları, böyrəklər, həzm sistemi, beyin, dəri, yaxud gözlər kimi orqan və toxumaların iltihabına səbəb olur.

Alimlər COVID-19-a yoluxan uşaqların simptomlarını və bunun səbəb olduğu iltihab sindromunu analiz edərkən, araşdırma iştirakçılarının 83 faizində “mukokutanöz dəyişikliklər”  - şişmiş və qızarmış gözlər, qızarmış yanaqlar, ovuclar, şişmiş, qabarıq və parlaq qırmızı görünən “çiyələk dili” əlamətlərini görüblər. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən