"Koronavirus uzun illər bitməyəcək" - Türkiyəli həkim
"Çox təəssüf ki, bu yazda nə pandemiya bitəcək, nə də maskasız gəzəcəyik. Niyə hər kəs peyvəndi gözləyir? Buna səbəb odur ki, pandemiyanın idarəsinə sadəcə peyvənd yön verə biləcək. Yəni, gözləntilərimizi çox yüksək həddə çatdırmamalıyıq".
Redaktor.az xəbər verir ki, bu sözləri türkiyəli həkim Osman Müftüoğlu bildirib. O deyib ki, peyvəndin ixtirası ilə pandemiyanın bitməsini gözləməyin:
"Peyvəndin vurulması prosesində hərşey planıldığı kimi gedərsə, əlbəttə ki, xəstəliyi idarə etmək daha rahat olacaq. Amma yenə də bilmək vacibdir ki, pandemiyanın üstündən bir dəfəlik xətt çəkmək uzun illər tələb edəcək. Təbii ki, peyvənd bu virusu yox etməkdə hərkəsin gözlədiyi böyük ümid mənbəyidir. Peyvənd yaz aylarında yoluxmanın azalmasına səbəb ola bilir. Lakin unutmayaq ki, pandemiya bu bahar tamamilə bitə bilməz, payızda bitəcəyi də sadəcə bir ehtimaldır. Buna görə də maska, sosial məsafə, gigiyena qaydalarına mütəmadi olaraq riayət etməliyik".
Şəfəq Samed \ Redaktor.az












