Azərbaycanda koronavirusa dair SON VƏZİYYƏT

 15:32 13.12.2020     517

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4451 yeni yoluxma faktı qeydə alınıb, 4283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 175 min 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 111 min 918 nəfər müalicə olunaraq sağalıb, 1922 nəfər vəfat edib, aktiv xəstə sayı 62 min 34 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 59, bu günə qədər isə ümumilikdə 1 mln. 953 min 303 test icra olunub.

Vumart və Güvən reklamı Vumart Güvən