Yoluxanlarla bağlı bu günə olan STATİSTİKA
Azərbaycanda bu gün koronavirus infeksiyasına 3,112 yeni yoluxma faktı qeydə alınıb, 2,923 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 44 nəfər “COVID-19”dan vəfat edib.













