Türk alimlər "ilin adamı" elan olunub - FOTO
"Financial Times" jurnalı koronavirusa qarşı ilk peyvənd hazırlayan "BioNTech" dərman şirkətinin təsisçiləri - professor Özlem Türeci ve Uğur Şahini "ilin adamı" elan edib.
Redaktor.az xəbər verir ki, həmin şirkət 6 ölkədə 22 mindən çox peyvəndin vurulmasına nail olub. Yeni bir pandemiyanın yayılmasından 1 il keçməyinə baxmayaraq, qısa zaman ərzində güvənilən və keyfiyyətli peyvənd hazırlamaları "Fİnancial Times" jurnalının bu uğuru qiymətləndirməsi ilə nəticələnib.
Xəstəliyin yayılmasının qarşısını almaqda 95% təsirə malik olan bir peyvəndi istehsal etmək həmin cütlüyün uğurunun diqqətə layiq olduğunu bir daha göstərib.
Şəfəq Samed \ Redaktor.az












