COVİD-19: Azərbaycanda indiyədək 2 031 308 test aparılıb
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, ölkədə son sutka ərzində 15 305, hazırkı dövrədək isə 2 031 308 test aparılıb.












