Koronavirus daha sürətlə yayılır və öldürür - HƏKİM "QORXMAYIN!" DEYİR...
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İngiltərədə koronavirusun mutasiyası ilə bağlı açıqlamasını tirajlamaq, onsuzda qorxu içində olan olan insanları daha da qorxutmağın heç bir anlamı yoxdur”.
Redaktor.az xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev qeyd edib. O bildirib ki, virusun çoxalmasının 100% mutasiya ilə əlaqəli olduğunu demək tezdir:
“İngiltərədə viruusn mutasiyaya uğraması təsadüf də ola bilər. Heç nə dəqiq deyil. Virusa aid olan B.1.1.7-də 2 gücləndirən və 1 zəiflədən mutasiya var. Bir neçəsi isə bilinməyən mutasiyalardır. İnsanları qorxutmaq lazım deyil. Ən azından ona görə ki, virusun bizdə nə vəziyyətdə olmasından, hansı qolunun neçə dəfə mutasiyaya uğradığından xəbəriniz yoxdur”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə koronavirusun mutasiyaya uğraması ilə bağlı məlumat yayıb.

Mahir Xəttab \ Redaktor.az












