HƏKİM: Yoluxanların əli və ayağı kəsilə bilər - KORONAVİRUS DƏHŞƏTİ...

 13:18 21.12.2020     1800

"Koronavirusun yaratdığı bəzi fəsadlar qanqrena, sonra isə əzaların kəsilməsinə səbəb olur. Ən mənfi amil ayaq barmaqlarında və əllərdə qan mikrosirkulyasiyasının pozulmasıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Sağlamlıq komitəsinin sədri Rəşad Mahmudov deyib. Onun sözlərinə görə, bu, xüsusilə bədənin viral yüklə yüklənməsi və antiviral müalicə olmadığı təqdirdə baş verir:

"Koronavirusun insan bədəninə daxil olduqdan sonra ikinci həftəsində daxili orqanlara ziyan vurması mümkündür. Bu vəziyyətdən ən çox ürək-damar sistemi əziyyət çəkir və qanın laxtalanma prosesi pisləşir. Ən mənfi amil ayaq barmaqlarında və əllərdə qan mikrosirkulyasiyasının pozulmasıdır. Daha sonra bəzən qanqren inkişaf edir və bu da əzaların kəsilməsinə səbəb olur. Bunların yaşanmaması üçün koronavirusun antiviral dərmanlarla müalicəsinin təxirə salmamaq və yataq istirahətinə riayət etmək lazımdır".

Rəşad Mahmudov: Koronavirusun ikinci dağlasından daha rahat qoruna bilərik…  - XALQQAZETI.COM

Mahir Xəttab \ Redaktor.az

Avropada yeni virus təşvişi - TƏCİLİ İCLAS KEÇİRİLİR

 10:55 21.12.2020     2351

COVID-19 pandemiyasının ikinci dalğasının yaşandığı Avropada təşviş yaşanaır.

Redaktor.az xəbər verir ki, İngiltərədə koronavirusun mutasiyaya uğramış formasının aşkar edilməsi Avropa ölkələrini ciddi narahat edib. Yeni virusun 70% daha sürətlə yayıldığı bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrini yeni mutasiyaya uğramış virusun yayılmasının qarşısını almaq üçün tədbirləri sərtləşdirməyə çağırıb. Yeni virus İngiltərə ilə yanaşı Danimarka, Hollandiya və Avstraliyada da aşkarlanıb.

Avropa Birliyi (AB) bu gün məsələ ilə bağlı təcili iclas keçirəcək.

Orxan İsmayıl / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən