Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1505 yeni yoluxma faktı qeydə alınıb, 3028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 203 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 min 533 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9383, ötən müddət ərzində isə ümumilikdə 2 mln. 73 min 137 test aparılıb.













