COVID-19 peyvəndinin effektivlik səviyyəsi öyrənilib
“Hazırlanan koronavirus əleyhinə peyvəndlər COVID-19-un mutasiya etmiş yeni tipinə qarşı təsirli olacaq”.
Redaktor.az xəbər verir ki, bunu ÜST-ün Təcili xəstəliklər şöbəsinin texniki qrupunun rəhbəri Maria Van Kerkxove deyib.
O, əlavə edib ki, britaniyalı mütəxəssislər peyvəndin koronavirusun mutasiya nəticəsində yaranan yeni növünün tədqiqatını davam etdirir. //APA












