"Yoluxma sayı test edilmədiyi üçün azdır" - HƏKİMDƏN ŞOK AÇIQLAMA

 18:30 22.12.2020     1269

“Yoluxma sayının aşağı düşməsinin səbəbi gündəlik testləşmə sayının azalması ilə bağlıdır”.

Bu sözləri Redaktor.az-a açıqlamasında həkim Qalib Əsədov deyib. O bildirib ki, bəzi vətəndaşlarda koronavirusun əlamətləri olsa da, test verməkdən imtina edir:

"Həmçinin, ötən gün özəl klinikalalara test verilməyib. Bildirilib ki, gömrükdən keçməyib. Yəni, bu səbəbdən bir çox özəl klinikalarda test aparılmayıb. Əvvəlki günlərə diqqət etsək, görərik ki, 18-19 min test edilirdi deyə say 3-4 min arası idi. Bu gün test az olduğu üçün yoluxma sayı da iki dəfə az olub. Bu nəticəni sərt karantinlə əlaqələndirmək doğru olmaz. Çünki sərt karantin rejiminin bu xəstəliyin müalicəsində heç bir effekti yoxdur.

Karantin rejiminin yumşaldılması hal-hazırda mütləq lazımdır-həkim-nevroloq Qalib  Əsədov

Həmçinin, xəstəliyi yüngül keçirən vətəndaşların bəziləri də 14 günlük karantin rejimində qalmamaq üçün məsuliyyətsizlik edərək test verməkdən imtina edirlər. Onlar testin nəticəsi pozitiv olarsa, küçəyə çıxdıqları halda cərimə edilməkdən ehtiyat edirlər. Ötən gün məhz mənim 3 xəstəm bu səbəbə görə əlamət olduğu halda test verməkdən imtina etdi. Bu, xəstəliyin geniş yayılmasına səbəb olur".

Mahir Xəttab \ Redaktor.az