KORONAVİRUS: Qadağalar sərtləşdirilməli, hər yer bağlanılmalıdır - AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluge koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin artırılmasını tələb edib.
Redaktor.az bildirir ki, o, təcili olaraq təşkil edilən toplantıda deyib:
"Daha çox məlumat əldə edənə qədər, epidemiyanı nəzarətdə saxlamaq üçün səyahətlərin məhdudlaşdırılması məqsədəuyğundur. Əsas malların tədarük zənciri və əsas nəqliyyat ehtiyacları asanlaşdırılmalıdır".
Mütəxəssis COVID-19-un mutasiyaya uğradıqdan sonra daha da diqqətli olmağın, qadağaları sərtləşdirməyin vacibliyini vurğulayıb.
Orxan İsmayıl / Redaktor.az













