KORONAVİRUS bitməyəcək: 100 mutasiya var və... - HƏKİM
"Statistikada olan dəyişiklik, rəqəmin 2 minə enməsi bir daha göstərir ki, sərtləşdirilmiş karantin tədbiri düzgün effekt verir. Bu, yüz illərdir ki, tətbiq olunan əks epidemoloji tədbirdir".
Redaktor.az xəbər verir ki, bu sözləri həkim Nabil Seyidov açıqlamasında deyib. O bildirib ki, 2 həftə tamamlanmadan yoluxma sayında azalma görürüksə, bu, üsul öz təsirini düzgün şəkildə göstərir:
"Virus yarandığı andan bu günə kimi yüzdən çox mutasiyaya uğrayıb. Lakin bu mutasiyalara baxmayaraq, tətbiq olunan müalicə bu virusu məhv etməkdə effektivdir. Yeni mutasiyanın nisbətən fərqli xüsusiyyəti isə odur ki, bu zaman virus daha tez yayılır. Əslində bu, gözlənilən idi. Virus yoluxduğu insanı öldürmək funksiyası daşımır. O, əsasən öz uzunömürlülüyünü qorumaq niyyətindədir. Bundan əvvəl koronavirusun "Sars" və "Mers" növləri yayılmışdı ki, bunlar ölümcül idi. Ona görə də qısa bir müddət ərzində mövcud oldu və bitdi. Ölümcül olmayan, yoluxmağa daha çox meyilli olan virus növü daha uzun müddət mövcudluğunu saxlaya bilir".
Şəfəq Samed \ Redaktor.az












