COVID-19: Daha 2334 nəfər yoluxub - 46 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2334 yeni yoluxma faktı qeydə alınıb, 4461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 46 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 208211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 151660 nəfər müalicə olunaraq sağalıb, 2340 nəfər vəfat edib, aktiv xəstə sayı 54211 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14599, ötən müddət ərzində isə ümumilikdə 2 102957 test aparılıb.













