HƏKİM: Koronavirusa görə bu dərmanları içməyin! - KAR VƏ KOR EDİR / VİDEO
Havaların dəyişməsindən sonra koronavirusa yoluxanların sayı kəskin artıb. Demək olar ki, hamımızın ətrafında virusa yoluxan, dünyasını dəyişən var. Bəzi vətəndaşlar virusdan qorunmaq üçün bir çox vasitələrə əl atırlar.
Redaktor.az xəbər verir ki, bu müdafiə vasitələrdən biri asanlıqla əldə edilən antibiotiklərdir. Bəs, insanların çıxış yolu kimi seçdiyi bu antibiotiklər virusa qarşı nə dərəcə qoruyucudur?
Həkim Adil Qeybulla açıqlamasında bildirib ki, antibiotiklərin fəsadları çoxdur:
"Məsələn, bir qismi qulağı kar edə, böyrəkləri də sıradan çıxara bilər. Bir başqası şok yarada bilər. Belə bir əks təsir olduğu zaman həmin xəstəyə ev şəraitində yardım etmək mümkün olmayacaq. Hər kəs bilməlidir ki, antibiotiklərin virusa heç bir təsiri yoxdur. Qəti şəkildə tövsiyyə olunur ki, antibiotiklərdən istifadə edilməsin".
Daha ətraflı həmin videonu təqdim edirik:
Şəfəq Samed \ Redaktor.az












