COVID-19: Azərbaycanda real yoluxma daha çoxdur - Vaksin vurulmasa... / AÇIQLAMA

 11:45 26.12.2020     83856

"Statistika heç də reallığı əks etdirmir. Çünki qeydiyyata düşməyən, evdə özü müalicə alan yüzlərlə xəstə var. Onlar arasında ölüm halları faktlarını bilmirik. Ölüm sayının 40 rəqəmindən düşməməsi onu göstərir ki, xəstəliyin yumuşaldılması hələ müşahidə edilmir".

Redaktor.az xəbər verir ki, bu sözləri professor həkim Adil Qeybulla deyib. O bildirib ki, yoluxma zəncirini qırmaq üçün vaksinlərin də önəmi böyükdür:

"Vaksinlər yoluxmanın artan zəncirini qırmaqda kömək olsa da, pandemiyanın sonu demək deyil. Onlar müəyyən bir müddətdə təsir göstərirlər. Vakinasinasiyadan təxminən 42 gün sonra immunitet formalaşır. Bədənə kifayət qədər antikor yığmaq üçün 2-ci vaksinasiyaya da ehtiyac ola bilər. Buna müəyyən zaman lazımdır. Əgər 1 aydan çox müddətdə immunitetin formalaşmasına vaxt gedirsə, pandemiyanın yaxın dövrlərdə dönüşünü gözləyə bilmərik.

Vaksinlərin keyfiyyət parametri çox önəmlidir. Bu, milli genefondun taleyi məsələsidir. Buna çox diqqət etməliyik. İstənilən halda insanların özünü qoruması da vacib məqamdır. Çünki tamamilə vaksinlərə arxalanmaq, müəyyən tədbirləri görməkdən çəkinmək düzgün deyil. Karantin qaydalarına ciddi riayət etmək lazımdır".

Şəfəq Samed \ Redaktor.az