Tibbi tullantılar ekologiyaya necə ziyan vurur? - EKSPERT RƏYİ

 17:59 25.12.2020     721

Pandemiya elan olunandan sonra çoxlu sayda tibbi vasitələrdən, maska və dərman preparatlarından istifadə olunmağa başlandı. Həmin vasitələrdən yaranan tullantılar ekologiyaya zərərləri nədir? 

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Redaktor.az-a açıqlamasında bildirib ki, bu dövrdə vacib olan məsələ yaranan tullantıların zərərsizləşdirilməsi məqamıdır:

"Bu tədbirlərin həyata keçirilməsinə ilk vaxtlardan başlanıb. Həm tibb mərkəzlərində, həm də digər ərazilərdə istifadə olunan tibbi tullantılar daim nəzarətdədir və davamlı olaraq təmizlənir. Bugünə qədər 17 kub metr həcmində tullantı müvafiq müqavilələr əsasında toplanıb və xüsusi modul tuplu insinerator qurğularında 850-100 dərəcə istilikdə zərərsizləşdirilib.

Hikmət Əlizadə - Publika.Az

Həmin zərərsizləşdirilmədən sonra yaranan qalıq-kül başqa əraziyə atılmır. Həmin tullantılardan 313 kub metr həcmində kül qalır ki, bu da təhlükəli tullantılar poliqonunda 8 metr dərinlikdə basdırılır ki, ətraf mühitə zərər dəyməməsi üçün bu edilir".

Şəfəq Samed \ Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən