Bakıdan Babadağ zirvəsi görünür - KARANTİN HAVANI TƏMİZLƏYİB
"Pandemiya səbəbindən bir sıra böyük müəssisələrin, iri çirkləndirici obyektlərin çalışmaması və ya fasilələrlə çalışması ətraf mühitə müsbət təsir göstərib. Bu, bütün dünya ölkələrində qeydə alınıb".
Bu sözləri Redaktor.az-a açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. O bildirib ki, hətta bu yaxınlarda mətbuatda bir foto yayıldı ki, Bakı şəhərindən Babadağ görünür:
"Bu, tamamilə qəbul ediləndir, mümkündür. Virus əleyhinə qoyulan qadağalar, görülən tədbirlər planetin ətraf mühitinə müsbət təsirlər göstərib. Ümid edirəm ki, pandemiya tamamilə həyatımızdan çıxandan sonra da həmin müsəssiələr işlərini elə qurarlar ki, sonrakı dönəmdə də onların ətraf mühitə mənfi təsirləri olmasın".
Şəfəq Samed \ Redaktor.az












