Yaponiyada da yeni növ virusa rast gəlindi

 07:18 26.12.2020     357

Yaponiyada koronavirusun mutasiya olmuş növünə 5 nəfərin yoluxması faktı aşkar edilib.

Redaktor.az xəbər verir ki, Yaponiya səhiyyə naziri məlum yoluxmadan sonra İngiltərədən dönən vətəndaşların karantinə alınması ilə bağlı çağırış edib. 

Bundan əlavə, Yaponiya öz vətəndaşları və ölkədə yaşamağa icazəsi olanlardan başqa İngiltərədən gələnləri ölkəyə buraxmır. 

Qeyd edək ki, bununla da koronavirusun mutasiya olunmuş növünün yayıldığı ölkələrin sayı 8-ə çatıb. //Qafqazinfo

Vumart və Güvən reklamı Vumart Güvən