Koronavirusun mutasiyası davam edəcək - RƏSMİ

 22:49 28.12.2020     484

COVID-19-un mutasiyası prosesi gələcəkdə də davam edəcək.

Redaktor.az xəbər verir ki, belə bir əminliklə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bazar ertəsi keçirdiyi brifinqdə çıxış edib.

"Mutasiya davam edir”, - o qeyd edib.

“Mutasiya – bu, təbii prosesdir. Virus özü özlüyündə xüsusi olaraq təsir etmir, ancaq biz bu variantları, həmçinin ötürülmə potensialı nöqteyi-nəzərindən araşdırmağı davam etdirməliyik".

Van Kerkhove vurğulayıb ki, ÜST vəziyyəti diqqətlə müşahidə etməyə və mutasiyaları araşdıran dünya alimləri ilə işləməyə davam edir. Bundan başqa, ekspert əlavə edib:

"Təşkilatın özünün koronavirusun yeni variantlarının tədqiqatını aparan mütəxəssis qrupları var. Onların işinin nəticələri yaxın günlərdə və həftələrdə alınacaq".

Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyinin başçısı Mett Henkok ölkəsinin alimləri tərəfindən koronavirusun yeni ştammının üzə çıxarılması haqqında bildirib. Yeni ştamm İngiltərənin cənub-şərq hissəsində sürətlə yayılmağa başlayıb. İlkin məlumatlara görə, koronavirusun yeni variantı 70% daha yoluxucudur. //Report

Vumart və Güvən reklamı Vumart Güvən