COVID-19: Azərbaycanda daha 1101 nəfər yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 4209 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 216584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 176228 nəfər müalicə olunaraq sağalıb, 2575 nəfər vəfat edib, aktiv xəstə sayı 37781 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11279, ötən müddət ərzində isə ümumilikdə 2174343 test aparılıb.












