Vaksindən qorxanlar üçün VACİB XƏBƏR - BƏDƏNƏ ANTİGEN YERİDİLİR
"Vaksinlərin vurulmasında sınaq dozalarına ehtiyac yoxdur. Çünki mümkün olan bütün sınaqlardan keçib. Vaksinasiya pandemiyanın bitməsi demək deyil. Amma hazırda müşahidə edirik ki, yoluxmada azalmalar var".
Redaktor.az xəbər verir ki, bu sözləri həkim professor Adil Qeybulla deyib. O bildirib ki, statistikadan əlavə xəstəxanalara müraciətlərdə də azalmalar var:
"Artıq əhalinin böyük bir hissəsi bu virusun sınağından keçib. Vaksinasiya ilk növbədə həkimlərə, xəstələrlə xidmətdə olan texniki personala, daha sonra 65 və yuxarı yaşa sahib insanlara tətbiq ediləcək. Bundan başqa, hər hansı bir ağır xəstəliyi olan şəxslər vaksinasiyada ilklər arasında nəzərdə tutulmalıdır. Eyni zamanda virusa yoluxmayan insanlar, müəyyən immunitet formalaşmayan şəxslər də vaksinasiyaya cəlb olunacaqlar.
Təssüf ki, vaksinasiya əleyhinə müəyyən şaiələr yayılır. Amma bundan qətiyyən qorxmaq lazım deyil. Qızılca və oxşarı xəstəliklər məhz vaksinasiya nəticəsində yoxa çıxıb. Bugün infeksiyon xəstəliklər nəticəsində kütləvi ölüm halları aşkar etmiriksə, bunlar vaksinasiya hesabınadır. Vaksin vurulduğu zaman bədənə antigen yeridilir. Onun da əlavə heç bir mənfi təsiri yoxdur. Bu, yalnız müəyyən allergiyası olan şəxslərdə həssaslıq göstərə bilər. Həmin şəxslərdə vaksinasiyadan öncə müəyyən fon yaradılır - dessinsibilasiya. Bundan sonra isə həmin xəstələr vaksinasiya olunur".
Şəfəq Samed \ Redaktor.az












