COVID-19: Azərbaycanda daha 1052 nəfər yoluxdu
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1052 yeni yoluxma faktı qeydə alınıb, 4067 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 217636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 180295 nəfər müalicə olunaraq sağalıb, 2 609 nəfər vəfat edib, aktiv xəstə sayı 34732 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10904, ötən müddət ərzində isə ümumilikdə 2185 247 test aparılıb.













