COVID-19: Azərbaycanda daha 1064 nəfər yoluxub

 15:33 31.12.2020     656

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1064 yeni yoluxma faktı qeydə alınıb, 4127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 218 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184422 nəfər müalicə olunaraq sağalıb, 2641 nəfər vəfat edib, aktiv xəstə sayı 3 637 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10219, bu günə qədər isə ümumilikdə 2195 466 test icra olunub.

Vumart və Güvən reklamı Vumart Güvən