Bu günə olan yoluxma sayı AÇIQLANDI

 17:07 02.01.2021     509

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 421 yeni yoluxma faktı qeydə alınıb, 3 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 33 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 219 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 191 925 nəfər müalicə olunaraq sağalıb, 2 703 nəfər vəfat edib. Hazırda 24 834 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 287, bu günə qədər isə ümumilikdə 2 204 226 test icra olunub.

Vumart və Güvən reklamı Vumart Güvən