Türkiyədə COVID-19-la bağlı SON DURUM

 21:10 02.01.2021     308

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 202 nəfər ölüb. 

Redaktor.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları müəyyən edilməyənlərlə birlikdə  11 180 nəfər  COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 11 672, ağır xəstə sayı isə 3 764 nəfər olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən xəstələrlə yanaşı, 2 232 035 nəfərdə yoluxma qeydə alınıb, onlardan 2 126 432 nəfər sağalıb, 21 295 nəfər isə ölüb. //APA

Türkiyədə COVID-19-dan daha 202 nəfər ölüb

Vumart və Güvən reklamı Vumart Güvən